Burada stress atmaq üçün istədiyiniz əşyanı sındıra, dağıda bilərsiniz – FOTOREPORTAJ
Gündəlik üzləşdiyimiz problemlər əsəb sistemimizə birbaşa təsir edir. Bu vəziyyətdən çıxmaq üçün isə kimisi meditasiya edir, kimisi isə təmiz havada sakitləşir.
Bəzi insanlar isə sındırıb-dağıtmaqla əsəblərini çıxarır. Bunun üçün isə artıq ölkəmizdə xüsusi bir məkan – stress otağı mövcuddur.
Stress otağı paytaxtın Səbail rayonu ərazisində yerləşir.
Otağa daxil olaraq, əşyaları sındıra və döyə bilərsiniz. Sındırılmaq üçün olan əşyaların minimal qiyməti bir manatdan başlayır. Burada müxtəlif şüşə bulutkalar, qablar, televizorlar, mikrodalğalı sobalar mövcuddur.
“Global Photo Stock”un əməkdaşı Stress Otağından fotoreportaj hazırlayıb:
Daha çox şəkil burada: Photostock.az