Brüsseldə etirazlar: Gözyaşardıcı qaz və su şırnaqları tətbiq olundu – VİDEO
Minlərlə etirazçı yenidən Brüssel küçələrinə çıxıb.
Onlar sanitar tədbirlərin sərtləşdirilməsinə, xüsusən də koronavirus sertifikatının geniş şəkildə tətbiqinə və məcburi peyvəndləməyə etiraz ediblər.
Polis razılaşdırılmış marşrutdan qaçmağa çalışan nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Mənbə: “RİA Novosti”