Britaniya kraliçasının Milad bayramını qeyd etdiyi qəsrə silahlı şəxs daxil olub
Britaniya kraliçası II Yelizavetanın ailəsi ilə bərabər Milad bayramını qeyd etdiyi “Vindzor” qəsri ərazisinə daxil olan silahlı şəxs saxlanılıb.
Qəsrin mühafizəsini təşkil edən qurumdan verilən məlumata əsasən, silahlı şəxsin 19 yaşı var.
Hazırda təhlükəsizlik qüvvələri hadisənin digər təfərrüatını araşdırır.
Hadisə ilə bağlı kral ailəsinin üzvlərinin məlumatlandırıldığı bildirilir.
“Biz bu insidentin ictimaiyyət üçün ciddi təhlükə törətdiyini inanmırıq”, – hüquq mühafizə orqanlarının məlumatında qeyd edilir.
Mənbə: Sky News