Briliant Dadaşova şəkilləri haqqında: “Gözün altında cizgi sadəcə robotlarda olmur” – FOTO
Xalq artisti Briliant Dadaşova fotoşopsuz şəkillərini yayımlayıb.
“Instagram” hesabında yeni fotolarını paylaşan B.Dadaşova fotoşopdan istifadə etmədiyini bildirib.
Xalq artisti bu fotoları ilə fotoqraflara ismarış da göndərib:
“Əziz fotoqraflar, bundan sonra gözün altını fotoşopla “Botoks” etməyin. Lazım olsa həkimlər özləri edərlər! Gözün altında cizgilər sadəcə robotlarda olmur”.
Dadaşovanın sosial şəbəkədə yayımladığı yeni şəkilləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.