“Beşiktaş” Super Kuboku “lotereya” ilə qazandı – VİDEO
Türkiyə Super Kubokunun növbəti qalibi məlum olub.
Qətərdə keçirilən həlledici matçda “Beşiktaş” və “Antalyaspor” komandaları qarşılaşıb.
Qarşılaşmada ilk qol İstanbul təmsilçisindən gəlsə də, komanda hesabdakı üstünlüyünü qoruya bilməyib.
Oyunun 1:1 hesabı ilə başa çatdığından matçın taleyi “lotereya” ilə – penaltilər seriyasında müəyyənləşib.
Seriyada “Beşiktaş” daha üstün olub – 4:2.