“Barsa” evdə “Betis”lə bacarmadı – VİDEO
İspaniya çempionatının 15-ci turunda “Barselona” evində “Betis”i qəbul edib.
Qarşılaşma qonaqların 0-1 hesablı qələbəsi ilə nəticələnib.
Qonaqların heyətində 79-cu dəqiqədə Xuanmi fərqlənib.
“Barselona” 15 turdan sonra 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Xallarının sayını 30-a çatdıran “Betis” dördüncü pillənin sahibidir.