Balaş Qasımovun komandası “Nə? Harada? Nə zaman?” oyununda qalib gəldi
Rusiyanın “Birinci kanal”ında yayımlanan “Nə? Harada? Nə zaman?” intellektual oyununun Qış seriyasının üçüncü görüşü keçirilib.
“BakuTime.com” – xəbər verir ki, Brilyant və Büllur “bayquş”ların sahibi Balaş Qasımovun komandası tamaşaçılarla mübarizə aparıb.
Oyun 6:4 hesabı ilə bilicilərin xeyrinə başa çatıb.
Qeyd edək ki, azərbaycanlı mütəxəssisin komandasında Denis Qaliakberov, Sergey Nikolenko, Yulia Lazareva, Dmitri Avdeenko və Elman Talıbov yer alıb.