• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Bakıdan Qubaya piyada çatan səyyah: “İtə su verdim, mənimlə 100 kilometr yol getdi” – MÜSAHİBƏ + FOTO/VİDEO

Mart 6, 2022
in Xəbərlər
Reading Time: 9 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Bakıdan Qubaya piyada çatan səyyah: “İtə su verdim, mənimlə 100 kilometr yol getdi” – MÜSAHİBƏ + FOTO/VİDEO

Son dövrlər gənclər arasında maraqlı trendlər gündəmdədir. Belə layihələr ilə diqqətləri öz üzərlərinə çəkir, üstəlik estafeti digər həmyaşıdlarına ötürməklə daha da maraq qatırlar. Bu gün sizə gənclərin, eləcə də digər sosial şəbəkə istifadəçilərinin diqqətini çəkən Ağa Mehtiyevdən danışacam. Məncə, ad artıq bir çoxunuza tanış gəldi. Bu, 31 dekabr 2021-ci il tarixində yola düşərək Qubaya piyada getməyi hədəfləyən həmin gəncdir.

“BakuTime.com” –-ın əməkdaşı Ağa Mehtiyevlə həmsöhbət olub. Ağa 170 kilometr məsafəni səkkiz günə qət edərək yanvarın 7-də artıq hədəfinə çatıb.

Ağa Mehtiyevi tanımayanlar üçün deyim ki, 29 yaşı var. Özü jurnalistika ixtisası üzrə təhsil alıb, eləcə də bir çox proqramlar üzrə xarici ölkələrdə – Finlandiya, Almaniya, Rusiyada təhsil alıb. Dünyanın 35 ölkəsində, 170-dən çox şəhərində olub.

– Narkomaniyanın acı fəsadlarına diqqət çəkmək məqsədilə həyata keçirdiyiniz yürüş düşündüyünüz diqqəti qazandı?

– Mən düşünürəm ki, qazandı. Yürüşlə bağlı çox adam mənə yazdı, zəng etdi, maraqlandı. Hətta qoşulmaq istəyənlər də oldu. Hər kəs məsələyə fərqli yanaşır, mən də özlüyümdə narkomaniya ilə mübarizəyə başqa formada diqqət çəkmək istədim. Məncə, bu, məndə alındı, yanaşmadan çox şey asılıdır.

– 8 gün ərzində 170 km məsafə qət etdiniz. Bu, ilk belə səfərinizdir?

– Xeyr, ilk deyil. 2019-2020-ci illərdə 72 gün ərzində Estoniyadan İspaniyaya velosipedlə səfərim olub. 2019-cu il noyabrın 29-da başladım, 2020-ci il fevralın 8-də səfəri bitirmişəm. Bu kimi maraqlı təşəbbüslərimiz çox olub. Bu dəfə isə səfərim 31 dekabr 09:00-da Biləcəridən, məhəlləmizdən başladı və 170 km sonra Qubada bitdi. Məqsədim bununla cavanlaşan narkomaniyaya deyil, sağlam həyata diqqət çəkməkdir. Ondan başqa məhəllə kitabxanası anlayışını biz yaratmışıq, bir neçə ərazidə quraşdırılıb. Yəni, belə demək mümkündürsə, təhsil aldığım ixtisas üzrə çalışmıram, şəxsi fəaliyyət istiqamətim var.

– Narkomaniya ilə mübarizə istiqamətində görülən tədbirlərə alternativ hansı yanaşmalar, metodlar təklif edərdiniz?

– Bilirsiniz, bu gün narkomaniya həddən artıq geniş yayılıb. Mən də fikirləşirdim ki, bu məsələyə daha başqa cür diqqət çəkmək lazımdır. Demirəm ki, mən bununla məsələni həll etmiş oldum, xeyr. Lakin bir addım atmış oldum və bu, kifayət qədər diqqət çəkdi. Sadəcə olaraq problemlərin həlli ilə bağlı yeni üfüqlər yaranmalıdır. Gənclər arasında bu tətbiq edilməlidir, təbliğat yalnız bukletlər, seminarlar, mülahizələrlə bağlı olmamalıdır. Bəzən belə yürüşlər bu cür bəlalarla mübarizədə böyük rol oynayır.

– Bəs niyə məhz 31 dekabr tarixini seçdiniz? Hər kəs bayram əhval-ruhiyyəsində, əyləncədə…

– Çünki həyatda bir hədəfin varsa, ona çatırsan. Ola bilər ki, hər kəs mənim ətrafıma toplaşmasın. Mən bu istiqamətə gedəndə onlar bayramı qeyd edirdilər. Bu da onların seçimidir. Mən isə hədəfimə gedərkən tək qalmaqdan qorxmuram. Hər şey çox yaxşı olur. Yol boyu yeni insanlar tanıdım, ünsiyyət qurdum. Fikirlərimi bölüşdüm. Yolda görənlər məndən “haradan gəlib, hara gedirsən” deyə soruşurdular, mən də onlara məqsədimi izah edirdim. Düşünürəm ki, məsələyə onların da diqqətini çəkə bilmişəm.

– Ən maraqlı məsələlərdən biri də yolda su verdiyiniz itin sizə yol yoldaşı olmasıdır… Bir az bu barədə danışın.

 
 
 
 
Bu gönderiyi Instagram’da gör
 
 
 
 
 
 
 
 
 
 
 

“BakuTime.com” – (@oxuaz)’in paylaştığı bir gönderi

– Bəli, çox qəribə bir vəfa var itlərdə. Sumqayıtda gördüm onu və su verdim. Həmin it bu suyun müqabilində düz Şabrana qədər mənə yoldaşlıq etdi. Təxminən 100 km piyada yolu gecə-gündüz mənimlə gəldi. Heç insan insana bu qədər vəfalı olmur. Şabranda bir-birimizi itirdik. Onun adını Kitmir qoymuşdum. O it tarixdə qalıb, ziyarətgahlardan birində sığınan insanlara yol göstərib. İndi bu it də mənim üçün tarixdə qalıb. Şabranda hotelə getdim, səhər iti tapmadım. Çox ümid edirəm ki, onu yenidən tapacam və özümlə geri qaytaracam. Hələ də onun məni yenidən tapacağına inanıram.

– Yol boyu harada gecələyirdiniz, bu 7 gün ərzində maddi xərclərinizi necə qarşılayırdınız?

– Yol boyu tanıdığım insanlar mənə kömək edirdi. Eləsi var evinə dəvət edirdi, eləsi var yerini mənə verib özü maşında yatırdı. Çox yorğun olanda yolda qarşıma çıxan hoteldə gecələmişəm. İnsanlar çox mehriban idilər. Onu da qeyd edim ki, səfərə şəhid general-mayorumuz Polad Həşimovun fotosu ilə başlamışdı. O, mənim üçün dürüstlüyün rəmzidir.

Gələk pulu necə qazanmağıma (gülür). 3 il alman şirkətində çalışmışam, eləcə də Avropa ölkələri üzrə biznes idarəçiliyini bilirəm. Bununla yanaşı, şəxsi inkişaf, natiqliklə bağlı dərslər deyirəm. Müəyyən bir sahələrə yatırımlar edirəm.

Söhbətin yarısında Ağanın çox susadığı danışığından hiss olunurdu. Kompot eşqi ilə qarşıdakı kiçik dükana yaxınlaşır, lakin kompot tapa bilmir. Bir stəkan su içdikdən sonra söhbətimizə qaldığımız yerdən davam edirik…  

– Nuş olsun

– Çox sağ olun (gülür). Hə, onu deyirdim axı, hələ ki bu qazancım dolanışığımı təmin etməyə, ana-atama baxmağa kifayət edir. Gələcəkdə də bu sahələrdə öz üzərimdə çalışmağa davam edəcəyəm.

– Ağa, sizin bu yürüşün şüarına da yanaşma birmənalı olmadı. Dəstəkləyənlər çox olsa da, “O yürüş etməklə narkomanlar sağalmır, azalmır” deyənlər də az olmadı.

– Biz nə ediriksə, edək, qardaş-bacı, valideynlər, eləcə də ən yaxın dostlarımız arasında da etdiklərimizə fərqli yanaşanlar olub, olacaq. Cəmiyyətdə isə o qədər fərqli xarakterdə, fərqli dünyagörüşlərində insanlar var ki, bu, normaldır. Bəzən qaşınmayan yerdən qan çıxarırlar, bəzən də tam əksi. Mən də insanları sadəcə düşündürməyə çalışıram. Bu yürüş də insanları düşündürdü deyə, mən məqsədimə çatmış oldum. Beyinlər konfrans zallarından kənara çıxmalıdır.

Bilirsiniz, əyani şəkildə xalqın necə mərhəmətli olduğunun şahidi oldum. Oturuşmuş həyata hərəkət qatmaq lazımdır. İnsanların hərəkətli həyata maraqları var, sadəcə özləri nədənsə cəhd etməyə çəkinirlər. Mənim bu addımımı bəyənməyənlərə isə təşəkkür edirəm və daha maraqlı və qəşəng alternativ ortaya qoymaqlarını gözləyirəm. Biz də onlardan bəhrələnək. Hər birimiz ölkənin inkişafına, gənclərin daha sağlam həyat tərzinə diqqət yönləndirməsinə çalışmalıyıq.

– Gecələr çadırda qalanda hansısa təhlükəli anlar olubmu?

– Xeyr, olmadı. İnsan bu cür yola çıxanda psixoloji cəhətdən güclü olur. Hədəf, səbir, inam olduğu müddətcə hər şey alınır. İnsanın qorxu hissi yox olur. Güclü psixologiya olmalıdır ki, sən bilmədiyin və qarşılaşacağın istənilən problemlərə optimal çıxış yolu tapa biləsən.

Mən eynək taxıram və kiçik bizneslə məşğul oluram. Amma istəmirəm ki, Azərbaycan gənci sırf eynək, kostyum, bir kreslo və bir otaq arxasında qalsın. Ancaq silikon vadisindən danışan insanlara bənzəməklə yanaşı, hərtərəfli olmaq lazımdır. Özünü inkişaf etdirmək mütləqdir. Gənclər özlərini kəşf etməkdən çəkinirlər. İtirmək qorxusu, yaradılan şərait onlara mane olur. Hər şey məktəbdən başlayır. Gərək bu düşüncələr, bu fikirlər uşaq yaşlarından təlqin edilsin ki, yeni üfüqlər açılsın.

– Kimi təmsil edirsiniz və estafeti kimə ötürürsünüz?

– Mən yalnız özümü təmsil edirəm. Öz düşüncələrimi gənclərlə bölüşürəm. Estafet məsələsi isə sərbəstdir. Kim istəsə, rekordumuzu təzələsin, şad olaram. Hər zaman müsbət təsir edər. Heç kimdən heç nə gözləmək lazım deyil. Hər şey öz əlinizdədir və Allahdan kömək istəyin. Hər şey yaxşı olacaq.

– Növbəti səyahətin istiqaməti hansı istiqamətədir?

– Hələ heç nə planlaşdırmamışam. Hazırda 13 kilometr qalıb hədəfə çatmağa. Siz bunu dərc edəndə artıq mən çatmış olacam. Əsas çatıb, bir neçə gün dincəlmək istəyirəm. Telefonları söndürəcəm (gülür). İstirahət etdikdən sonra evə qayıdacam və növbəti səfərlər üçün büdcəmi toplamağa, həyata davam edəcəm.

Könül Cəfərli

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
“Bizə artıq pul lazım deyil” – Anardan Elza Seyidcahana CAVAB

“Bizə artıq pul lazım deyil” - Anardan Elza Seyidcahana CAVAB

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Samsung Galaxy A53 və Samsung A73 müqayisəsi
  • Koreya nəhəngi Samsung-un ən görkəmli noutbukları ilə tanış olun
  • WordPress panelinə WordPress plaginlərini quraşdırmaq üçün addım-addım təlimat
  • Texnologiya təhsili necə dəyişdirir: hərtərəfli bələdçi
  • Samsung və onun mobil texnologiya imkanları haqqında bilməli olduğunuz hər şey
  • Maska taxmağın fəsadları nələrdir?
  • 2023-cü ilin ən yaxşı iqtisadi ağıllı saatları
  • Ən yaxşı android oyunları
  • Loop Builder ilə tanış olun
  • Android üçün ən yaxşı dictionary proqramları

Günün Baxış Sayı

Bu Günün Baxış Sayı: 633

Dünən: 4377

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Yanvar 2023 (7)
  • Dekabr 2022 (3)
  • Noyabr 2022 (3)
  • Oktyabr 2022 (8)
  • Sentyabr 2022 (3)
  • Avqust 2022 (8)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • crypto signals telegram
  • Roof Garden
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist