Bakıda QƏZA: Avtomobil altı yaşlı uşağı vurdu
Bakıda avtomobil azyaşlını vuraraq xəsarət yetirib.
“BakuTime.com”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Əliyev Əkbər Loğman oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.