Bakıda polis öz silahından açılan atəş nəticəsində öldü
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.
“BakuTime.com” –-ın əldə ediyi məlumata görə, atəş açılması nəticəsində Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “BakuTime.com” –-a fakt təsdiqlənib.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili