Bakıda Nizami Gəncəvinin dağılmış mozaikası bərpa olunur – FOTO
Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunan, dağılmış vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.
Bu barədə “BakuTime.com”-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən abidənin bərpası işlərinə start verilib:
“Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazinin qarşısı da abadlaşdırılacaq”.
Könül Cəfərli