Bakıda avtomobil 51 yaşlı kişini vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“BakuTime.com”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Mixaylov Razvin Simand oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.