• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Azərbaycanın elm və ictimaiyyət xadimlərindən İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya MÜRACİƏT

İyul 6, 2022
in Xəbərlər
Reading Time: 10 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Azərbaycanın elm və ictimaiyyət xadimlərindən İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya MÜRACİƏT

Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistan işğalçı rejimi ın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb.

AZƏRTAC müraciəti təqdim edir:

“Hörmətli Baş direktor.

UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur.

Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur.

Hazırda Ermənistan işğalçı rejimi ın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.

Bu gün Ermənistan işğalçı rejimi ın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır.

İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar.

Azərbaycan xalqı XIX-XX əsrlər ərzində indiki Ermənistan işğalçı rejimi ın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Bu milli faciə mərhələli şəkildə həyata keçirilib və nəticədə indi Ermənistan işğalçı rejimi adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb. Min illər boyu öz torpağına bağlı olan azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib. Zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan işğalçı rejimi tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan işğalçı rejimi fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir.

2006-cı ildə Ermənistan işğalçı rejimi da təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilmişdir. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistan işğalçı rejimi da Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.

Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət etmişdir. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycan şəhərinə aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan işğalçı rejimi üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-ci ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini də göstərmək olar. Belə ki, Ermənistan işğalçı rejimi rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan işğalçı rejimi hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib.

Hörmətli Baş direktor.

İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistan işğalçı rejimi da azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan işğalçı rejimi rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir.

Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Təkcə bu köçürmə nəticəsində cəmi 374 nəfər İrandan, 18 nəfər isə Türkiyədən gələn erməni İrəvan şəhərinin Təpəbaşı hissəsində azərbaycanlı ailələrin evlərinə müvəqqəti olaraq yerləşdirilib. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar. Göründüyü kimi, 190 il öncə baş vermiş bu ilk etnik təmas Təpəbaşı hissəsinin etnik tərkibini dəyişə bilməyib və əzəldən bəri orada yaşayan azərbaycanlılar yenə də daimi sakinlər olublar.

XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan işğalçı rejimi milli arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi.

Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalmışdır. İstər 1880-ci illərə aid şəhər planı, istərsə də B.Mehrabovun 1906-1911-ci illərə aid İrəvan şəhərinin planı deyilənləri bir daha sübut edir. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür.

Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı adlandırsalar da, onların çox kiçik bir qismi daha öncədən bu ərazidə yaşadığına dair sübutlar gətirə bilir. Lakin burada yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Həm Ermənistan işğalçı rejimi , həm də Azərbaycan arxivlərində bunu sübut edən minlərlə sənəd saxlanılmaqdadır.

Ermənistan işğalçı rejimi dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır.

Uzun illərdir ki, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan işğalçı rejimi dövləti arasında müzakirələr getməkdədir. Lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir.

2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan işğalçı rejimi rəhbərlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistan işğalçı rejimi a və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Azərbaycan cəmiyyəti uzun zamandır bu xəbəri gözləyirdi.

Biz UNESCO-ya müraciət edərək xahiş edirik ki, səfər zamanı öz üzərinə öhdəlik götürən Ermənistan işğalçı rejimi ın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistan işğalçı rejimi da maneə törədilməyəcəkdir.

Bu səbəbdən hələ də Azərbaycan xalqının İrəvan şəhərində tamamilə Yer üzündən silinməmiş yeganə memarlıq kompleksində Ermənistan işğalçı rejimi ın və Azərbaycanın səlahiyyətli idarələri ilə əməkdaşlıq edərək tarix və mədəniyyət abidələrinin hazırkı vəziyyətini qeydə almağa və gələcək monitorinqi, onun nəticələrinin dərcini təmin etməyə təcili ehtiyac var.

İnanırıq ki, Siz öz nüfuzunuz və səylərinizlə beynəlxalq konvensiyalarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq İrəvan şəhərində Azərbaycan abidələrinin bütöv və təhlükəsiz mühafizəsi, bərpası, konservasiyası və s. üzrə məsuliyyəti Ermənistan işğalçı rejimi ın öz üzərinə götürməsinə töhfə verəcəksiniz. Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq.

Biz – aşağıda imza edənlər Sizdən xahiş edirik ki, İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasında və onların xüsusi qorunma altına alınmasına kömək edəsiniz”.

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Çinin bəzi şəhərlərində COVID-19-a görə obyektlər bağlanır

Çinin bəzi şəhərlərində COVID-19-a görə obyektlər bağlanır

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Samsung Galaxy A53 və Samsung A73 müqayisəsi
  • Koreya nəhəngi Samsung-un ən görkəmli noutbukları ilə tanış olun
  • WordPress panelinə WordPress plaginlərini quraşdırmaq üçün addım-addım təlimat
  • Texnologiya təhsili necə dəyişdirir: hərtərəfli bələdçi
  • Samsung və onun mobil texnologiya imkanları haqqında bilməli olduğunuz hər şey
  • Maska taxmağın fəsadları nələrdir?
  • 2023-cü ilin ən yaxşı iqtisadi ağıllı saatları
  • Ən yaxşı android oyunları
  • Loop Builder ilə tanış olun
  • Android üçün ən yaxşı dictionary proqramları

Günün Baxış Sayı

Bu Günün Baxış Sayı: 1227

Dünən: 5231

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Yanvar 2023 (7)
  • Dekabr 2022 (3)
  • Noyabr 2022 (3)
  • Oktyabr 2022 (8)
  • Sentyabr 2022 (3)
  • Avqust 2022 (8)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • crypto signals telegram
  • Roof Garden
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist