Azərbaycanda son sutkada 273 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib – FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb 576 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib, aktiv xəstə sayı 8 383 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, ötən müddət ərzində isə ümumilikdə 5 883 101 test aparılıb.