Azərbaycanda qardaş bacıları tərəfindən baltalandı
Astarada kişi çoxsaylı xəsarətlər alıb.
APA-nın verdiyi məlumata görə, rayonun Təngərüd kəndində İlkin Fariz oğlu Qəmbərova bacıları Nadirə və Nargilə tərəfindən balta ilə xəsarətlər yetirilib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Qəmbərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.
Hələlik hadisənin səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.