Azərbaycanda klub prezidenti vəzifəsindən istefa verdi – VİDEO
“Azərreyl” voleybol klubunun prezidenti Fərid Xəlilov tutduğu postdan ayrılıb.
“BakuTime.com” –-ın xəbərinə görə, bu barədə o, vəzifəsindən ayrıldığını göstərən video paylaşıb.
Gənc prezident saytımıza açıqlamasında klubdan ayrıldığını təsdiqləyib.
O, Azərbaycan Voleybol Federasiyasında vitse-prezident vəzifəsinə keçirilən Cəlil Cəfərovu əvəzləyib. İndi F.Xəlilov federasiyanın yeni baş katibidir.
Qeyd edək ki, Fərid Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.
Səbuhi Musayev