Azərbaycanda daha bir yeniyetməni döyüb, görüntülərini “TikTok”da paylaşdılar – YENİLƏNİB + VİDEO
DİN (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Bu barədə “BakuTime.com”-ın sorğusuna cavab olaraq DİNnin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkədə yayılan video ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə görüntülər paylaşılıb. Bundan əvvəl də Ağdaşda baş verdiyi ehtimal edilən daha bir görüntü yayılmışdı.
09:18
Son dövrlərdə sosial platformalar içərisində ən çox istifadə edilənlər sırasında ilk pillələrə yüksələn “TikTok” sosial şəbəkəsidir. Təəssüf doğuran məsələ isə ondan ibarətdir ki, Azərbaycanda əksər istifadəçilər bu şəbəkədən düzgün istifadə etmədiyi üçün bir sıra ciddi problemlərlə üzləşirlər.
Elə onlardan biri də gənclərin sosial şəbəkə üzərindən bir-birini təhqir etməsi, ictimaiyyətə yönələn alçaldıcı və təhqiramiz ifadələrdir. Hətta artıq son üç gün ərzində “TikTok”da yeniyetmə oğlanların bir-birini alçaldaraq videoya çəkməsi ilə bağlı hüquq-mühafizə orqanları da hərəkətə keçib.
Ötən gün “TikTok”da eyni məzmunlu daha bir video paylaşılıb.
Videoda bir neçə yeniyetmə həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, təhqir etdikləri görünür. Oğlanın üz-gözündən, paltarlarından döyüldüyü aydın görünür.
Mobil telefonla çəkilən görüntülər sosial şəbəkəyə yüklənib və sürətlə yayılıb.
Hadisənin hansı ərazidə baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, sözügedən video daha sonra paylaşım sahibi tərəfindən silinib.
Həmin görüntünü təqdim edirik:
Könül Cəfərli