Azərbaycanda bayramdan sonra tədris nə vaxt başlayır?
Azərbaycanda təhsil müəssisələrində təhsilin başlayacağı vaxt açıqlanıb.
“BakuTime.com” – xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat paylaşıb.
Belə ki, bayramdan sonra təhsil müəssisələrində tədris yanvarın 5-dən başlayacaq.