Azərbaycanda baş həkim vəzifəsindən azad edildi
Azərbaycanda baş həkim işdən çıxarılıb.
“BakuTime.com” –-ın əldə etdiyi məlumata görə, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı “BakuTime.com” –-a təsdiq ediblər.
Qurumdan bildirilib ki, Elçin Bilalovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və müddət uzadılmayıb.