• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür – VİDEO

İyun 26, 2022
in Xəbərlər
Reading Time: 5 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür – VİDEO

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 ili tamam olur.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk Müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu. Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı qüvvələrimiz müasir silah növləri ilə təchiz edildi və Cənubi Qafqaz regionunda ən güclü ordu yaradıldı.  

Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan işğalçı rejimi ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan işğalçı rejimi ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi. 

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

2020-ci il Azərbaycan xalqı, ordusu üçün xüsusi il oldu. Həmin ilin iyul ayında Ermənistan işğalçı rejimi silahlı qüvvələri Tovuz istiqamətində təxribata cəhd etdilər. Bu zaman Azərbaycan Silahlı Qüvvələri təxribat cəhdinin qarşısını qətiyyətlə aldı. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz 2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, bütün Qarabağda dalğalanır. Vətən müharibəsi ilə qəhrəman əsgərlərimiz düşmən ordusunu tamamilə məhv etdi. Bu qələbə ilə şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. 

2020-ci il dekabrın 10-də Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar – zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.

2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir. 

Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək.

Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Nura Suridən Şakiraya məsləhət: “Mən Pikedən boşanmazdım, bir dəfə edib keç də” – VİDEO

Nura Suridən Şakiraya məsləhət: “Mən Pikedən boşanmazdım, bir dəfə edib keç də” - VİDEO

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • WhatsApp şəkillərinin qalereyada saxlanmasının qarşısını necə almaq olar?
  • Samsung Galaxy M52 telefonu; Mobil bazara yeni yanaşma
  • iOS 16 haqqında bilmək lazım olan hər şey
  • Nothing Phone 1 – heçnə
  • Elementor WordPress səhifə qurucusu plagini barədə nə bilirsiz?
  • Rusiyada “Manana” restoranı yandı – VİDEO
  • CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
  • Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
  • ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
  • Mahir Emreli: “Fikir bildirmək hələ tezdir”

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Avqust 2022 (5)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • خرید ووچر پرفکت مانی
  • crypto signals telegram
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist