Azərbaycan atleti dünya çempionatında finala yüksəldi
Azərbaycan atleti Anna Skidan ABŞ-ın Oreqon şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
“BakuTime.com”un məlumatına görə, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 70,93 m nəticə ilə A qrupunda beşinci olub.
Qeyd edək ki, final iyulun 17-də baş tutacaq.