ATV-nin üç əməkdaşı işdən ayrıldı – AÇIQLAMA
Sosial şəbəkələrdə Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşları – Kamran Yaradanquliyev, Təranə Turan və prodüser Şahin Əlizadənin işdən ayrılmaları ilə bağlı məlumat yayılıb.
“BakuTime.com” – xəbər verir ki, yayılan iddialara görə telekanalda yaranan müəyyən anlaşılmazlıqlar onların işdən ayrılmasına səbəb olub.
Bu barədə saytımıza açıqlama verən ATV-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, sosial şəbəkələrdə yayılan iddialar həqiqəti əks etdirmir:
“ATV səhər” verilişinin aparıcıları – Kamran Yaradanquliyev, Təranə Turan və prodüser Şahin Əlizadə öz istəkləri və təşəbbüsləri ilə ərizə yazaraq işdən ayrılıblar. ATV telekanalında nələrinsə baş verməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır”.