Arşavin milyonlarla baxış sayı qazanan qolundan danışdı – VİDEO
“Arsenal”ın və “Zenit” klubunun keçmiş yarımmüdafiəçisi Andrey Arşavin Norilskdə Rusiya millisinin əfsanələrinin iştirakı ilə keçirilən həvəskar qarşılaşmada vurduğu qoldan danışıb.
Rusiyanın ən tanınmış sabiq futbolçusu bildirib ki, karyerasında təzə başladığı və mini-futbol oynadığım dövrdə belə qol vurmaq onun arzusu olub.
“Futzalda tez-tez oldu kimi qapıçının irəli çıxdığını gördüm və topu onun başı üzərindən qapıya göndərmək qərarına gəldim. Uğurlu da alındı”, – deyə 40 yaşlı A.Arşavin bildirib.
Qeyd edək ki, Arşavinin vurduğu qol bir neçə gün ərzində milyonlarla baxış sayı qazanıb.