APL: Totenhem qələbə qazandı, Ronaldu yenə dubl etdi – VİDEO
İngiltərə Premyer Liqasında 14-cü turun son görüşləri keçirilib.
“BakuTime.com” – xəbər verir ki, Londonda baş tutan qarşılaşmada “Totenhem” 2:0 hesabı ilə “Brentford”u məğlub edib.
Bununla da komanda turnir cədvəlində 6-cı sıraya yüksəlib.
“Manchester Yunayted” isə öz meydanında digər London təmsilçisi “Arsenal”ı qəbul edib.
Prinsipial qarşılaşma “qırmızı şeytanların” əzmkar qələbəsi ilə nəticələnib – 3:2.
“Manchester”in heyətində Kriştianu Ronaldo iki top vuraraq növbəti dubla imza atıb.