Altıqat dünya çempionu olan iranlı güləşçi fəhləlik etməyə məcbur qalıb – VİDEO
Məşhur iranlı güləşçi, altıqat dünya və Asiya çempionu Arman Əlizadə Əbdüli İranda idmana heç bir dəyər verilmədiyindən gileylənir.
“Azad İran” Telegram kanalı xəbər verir ki, məşhur idmançı 6 dəfə dünya və Asiya olimpiadalarında birinci yeri qazansa da, İranda idmana dəyər verilmədiyi üçün hazırda fəhləlik edir.
Arman Əlizadə dövlət rəsmilərindən şikayətlənərək deyib: “Məndən soruşurlar ki, necə edə bilərik ki, biz də sənin kimi dünya çempionu olaq? Mən isə deməyə utanıram ki, bu işlə məşğul olmayın. Çünki məşğul olsanız, axırda mənim kimi fəhləlik etməyə məcbur qalacaqsınız”.
“10-15 il idmanla məşğul ol, ölkənə qızıl medallar gətir, axırda da belə fəhləlik et!”, – deyə o, narazılıq edib.
O deyir ki, hansı məsul şəxsin yanına gedirsənsə, başından edir və heç bir yardım etmir.
Xatırladaq ki, İranda idmana dəyər verilmədiyindən bir çox idmançılar ölkəni tərk edərək başqa dövlətlərə sığınıblar.