Ağstafada zəhərlənmə hadisəsi olub
Ağstafada zəhərlənmə hadisəsi olub.
“Report” xəbər verir ki, rayon sakini, 39 yaşlı Sevinc Osmanova dəm qazından zəhərlənib.
Zərərçəkən yaxınları tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər S.Osmanovanın vəziyyətini sabit qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.