Ağstafada 33 yaşlı gənc bıçaqlandı
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə,rayonun Aşağı Kəsəmən kənd sakini – 1993-cü il təvəllüdlü Abdullayev Ələkbər şəxsi münasibətlər zəminində 1988-ci il təvəllüdlü Qazax rayon muğanlı kənd sakini Həmid Qəribova bıçaqla xəsarət yetirib.
Ə.Abdullayev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.