• ● ADS |
  • Sirrsaxlama |
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Affekt vəziyyətində törədilən cinayət, yoxsa… – ARAŞDIRMA

Yanvar 7, 2022
in Xəbərlər
Reading Time: 5 mins read
A A
0
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Affekt vəziyyətində törədilən cinayət, yoxsa… – ARAŞDIRMA

Hüquqşünas deyir ki, sui-istifadə halları nəzərə alınaraq, Azərbaycanın məhkəmə proseslərində affekt vəziyyətinə görə cinayətin qiymətləndirilməsi, praktiki olaraq tətbiq edilmir.

Psixologiyada güclü ruhi həyəcan vəziyyəti mənasına gələn “affekt” adlandırılan bir psixoloji hal var. Psixoloqları deyə bilmərik, amma biz çox vaxt cinayət olaylarında bu sözü eşidirik. Cinayət törədənlər “Cinayət vaxtı özümdə olmamışam”, “Hadisə vaxtı affekt vəziyyətində idim” kimi ifadələr verirlər. Bu ifadələr cinayət törədənlərin özlərinə haqq qazandırmağa çalışmasıdır, yoxsa həqiqətən dedikləri kimidir? Affekt vəziyyəti necə müəyyənləşdirilir? Affekt vəziyyətində cinayət törətmək məsuliyyətdən azad edirmi?

Bu barədə Kaspi qəzeti məqalə dərc edib.

“Fizioloji affektlər normal sayılır”

Psixiatr Orxan Fərəcli bildirdi ki, affekt vəziyyətində törədilən bütün cinayətlər “anlaqsız hal” hesab olunmur: “Affekt psixi normanın son həddidir. Affekt vəziyyəti cinayətin anlaqlı, yoxsa anlaqsız vəziyyətdə törədilməsinin göstəricilərindən biridir. Tam göstərici demirik, çünki hər affekt vəziyyətində olmaq o demək deyil ki, o şəxs anlaqsızdır. İki cür affekt olur: patoloji və fizioloji. Fizioloji affektlər normal sayılır, o vəziyyətdə törədilən bütün cinayətlər anlaqlıdır. Həmin adam həbs olunur, digərləri kimi cəzasını çəkir. Patoloji affektlər isə anlaqsız sayılır. Anlaqsızlıq həmin şəxsi cinayət məsuliyyətindən azad edir. Amma bu o demək deyil ki, sərbəst gəzir və s. O şəxslər barəsində xüsusi məcbur müalicə tədbirləri təyin olunur”.

“3 həftə boyunca müşahidə edirlər”

O.Fərəcli deyir ki, cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyini müəyyənləşdirmək sadə, hər kəsin kənardan baxıb deyə biləcəyi məsələ deyil: “Bu, məhkəmə-psixiatriya ekspertizasının işidir. Cinayəti anlaqlı, yoxsa anlaqsız vəziyyətdə törətdiyini müəyyənləşdirmək üçün həmin şəxsi ambulator, stasionar ekspertizadan keçirirlər. Dəqiq ekspertiza üçün həmin şəxsi klinikada yatırırlar, ən azı 3 həftə boyunca müşahidə edirlər. Yəni cinayət törədən şəxsin həmin anda affekt vəziyyətində olub-olmadığı qərarının verilməsi uzun müşahidələr nəticəsində olur. Bu sahədə ixtisaslaşmış ekspertlər qərar verirlər. Cinayət törədib sonra peşman olmaq affekt vəziyyətinin göstəricisi deyil. Bunların xüsusi əlaqəsi yoxdur”.

“Affekt vəziyyətinə düşmək üçün…”

Psixiatr qeyd etdi ki, affekt vəziyyətinə yalnız psixoloji problemi olan şəxslər düşmürlər: “Affekt vəziyyətinə düşmək üçün adamın əvvəldən psixoloji problemlərinin olması vacib deyil. Sağlam psixoloji durumu olan insan da affekt vəziyyətinə düşə bilər”.

Affekt vəziyyətində törədilən cinayətlər

Hüquqşünas Ərəstun Ağayev ilk olaraq hansı halların Cinayət Məcəlləsində affekt vəziyyətdə baş verən cinayət kimi qiymətləndirildiyindən danışdı: “Güclü ruhi həyəcan vəziyyətində baş verən cinayət qəfil baş verməlidir. Zərərçəkmiş şəxs tərəfindən cinayəti törədən adamı güclü ruhi həyəcan vəziyyətinə çatdıracaq nə isə bir hal – təhqir, şiddət və s. olmalıdır. Qətl zamanı silah qismində istifadə etdiyi əşya isə əlinə qəfil keçməlidir. Qonşu otaqdan bıçağı götürüb gəlmək belə affekt hal sayılmır. Əl altında daş, bıçaq, hər hansı əşya varsa, onlardan istifadə edilərək cinayət törədilibsə, burda affekt halın olub-olmadığına baxılmalıdır. Məsələn, həyat yoldaşını mənzilində qonşu kişi ilə bir yerdə yaxalayır. Bir dəqiqənin içində cinayət baş verir. Yaxud evdən qaçmış bacısını bir neçə ay sonra metronun qarşısında görür. Ona irad bildirir ki, evdən qaçıbsan, əxlaqsız həyat tərzi sürürsən və s. O da deyir ki, can mənimdir, özüm bilərəm. O da balıqçı olur, üstündə bıçaq olur. Qəflətən bıçağı çıxarıb bacısını vurur. Bunlar affekt vəziyyətində törədilən cinayətə misal ola bilər. Həyat yoldaşını polis şöbəsində qətlə yetirən polis var idi. Polis əməkdaşı şöbəyə əvvəlcədən hazırlıqlı gəlib və bu, affekt vəziyyətində törədilən cinayət sayılmır”.

Ölkəmizdə tətbiq edilirmi?

Cinayət Məcəlləsinin 122-ci maddəsində qeyd edilir ki, güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adamöldürmə zamanı şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İki və ya daha çox şəxsi qəsdən öldürmə zamanı isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ə.Ağayev bildirdi ki, sui-istifadə hallarını nəzərə alaraq, Azərbaycanın məhkəmə proseslərində affekt vəziyyətinə görə cinayətin qiymətləndirilməsi, praktiki olaraq tətbiq edilmir.

Ə.Ağayev qeyd etdi ki, cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyi psixoloji ekspertiza nəticəsində müəyyənləşdirilir: “Mütləq psixoloqun rəyi olmalıdır ki, vətəndaş filan hallarda güclü ruhi həyəcan vəziyyətində olub və bu cinayəti törədib”.

Related Posts

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Oliveyra Poryeyə qalib gəlib çempionluq titulunu qorudu – VİDEO

Oliveyra Poryeyə qalib gəlib çempionluq titulunu qorudu - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Azərbaycan Respublikasında 2022 və 2023- cü ilin ən yaxşı tətbiqləri
  • Azərbaycanda trend olan 10 oyunla tanış olun
  • Hərəkətlə: Huawei smart saatları və peyk rabitəsi imkanı ilə dünyanın istənilən yerində öz izlərinizi buraxın
  • Əməliyyat sistemi ilə tanış olmaq üçün məsləhətlər haqqında: yeni innovasiyalardan faydalı fəndlərə qədər
  • Nvidia GeForce RTX 3090 texniki xüsusiyyətləri
  • Cib telefonunuzun təhlükəsizliyini necə artırmaq olar
  • Yapay Zeka və Ticarət: Müşküllər və İmkanlar
  • Windows üçün ən yaxşı 5 python onlayn kompilyatoru
  • Süni intellektdən biznesdə necə istifadə etmək olar?
  • S23 vs S22 – Hansı Samsung Telefonu Qalibdir?

Bizim Twitterimizdə nə xəbər var?

Trend

  • Yapay Zeka və Ticarət: Müşküllər və İmkanlar
  • Windows üçün ən yaxşı 5 python onlayn kompilyatoru
  • Süni intellektdən biznesdə necə istifadə etmək olar?
  • S23 vs S22 – Hansı Samsung Telefonu Qalibdir?
  • 2023-cü ilin ən yaxşı qorxu oyunları

sitemap
  • ● ADS |
  • Sirrsaxlama |

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist