ABŞ və “G7” ölkələri Rusiyadan qızıl idxalını dayandırdı
ABŞ Prezidenti Co Bayden və “G7” ölkələrinin rəhbərləri Rusiyadan qızıl idxalını qadağan etmək barədə razılığa gəliblər.
Mənbə yazır ki, ABŞ Maliyyə Nazirliyi iyunun 28-də ABŞ-a Rusiyadan qızıl idxalını qadağan edəcək fərmanın mətnini yayacaq.
Mənbə: Reuters