İradə Ağayeva Binə qəsəbəsində tanış olduğu İlham Muxtarov tərəfindən şantaj edilərək bir neçə torpaq sahəsini itirib.
Müxtəlif obyektlərin sahibi olan İradə Ağayeva Binə qəsəbəsində usta işləyən İlham Muxtarovla tanış olub və aralarında sevgi münasibətləri yaranıb. Usta sonradan qadını şantaj edərək əmlakını mənimsəyib.
İlk mərhələdə İradə Ağayeva obyektlərini icarəyə verərkən İlham Muxtarov orada fəaliyyət göstərib və icarə haqqını vaxtında ödəyib. İradə onun etibarını qazandıqdan sonra obyektlərdən birini və torpaq sahələrindən birini onun adına rəsmiləşdirib.
Aralarındakı sevgi münasibəti bir neçə il davam edib, lakin sonradan İlham Muxtarov İradənin torpaq sahələrini sataraq pulunu mənimsəyib. Qadın şəxsi xərclər üçün puldan istifadə etdikdə İlham onu hədələyərək əmlakını tələb edib.
Şantaj nəticəsində İradənin intim videoları ilə qorxudulan qadın bir neçə torpaq sahəsini İlhamın adına keçirməyə məcbur olub. Daha sonra o, qadının yarıçılpaq şəkillərini oğluna göstərərək evləri də ələ keçirməyə çalışıb.
Nəticədə İradə polisə müraciət edib və əməliyyat zamanı İlham Muxtarov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.