2 saylı cəzaçəkmə müəssisəsindən yeddi məhkum azadlığa buraxılıb – FOTO
“Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb”.
“BakuTime.com” – xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, həmin şəxslərə amnistiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər:
“Onlardan 6 nəfəri həbsdən buraxılır, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa çıxarılacaq”.
Könül Cəfərli
FOTO: Kərim Abbasov