Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərə yollanacaq.
Bu barədə dövlət başçısı Türkiyə İxracatçıları Birliyinin təşkil etdiyi tədbirdəki çıxışında məlumat verib.
Ərdoğan səfərin fevral ayında baş tutacağını bildirib.
Tədbirdə bir iş qadını prezidentdən Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında ixracatda yaşanan problemləri həll etməsini xahiş edib. Ərdoğan isə cavabında: “Oldu, görək də. Hazırda məni fevral ayında gözləyir. O, söz verdi və mən də fevralda Səudiyyə Ərəbistanına səfər edəcəyəm”, – deyə qeyd edib.
Mənbə: “Haber Global”