Əhməd Şah Məsudun məzarı növbəti dəfə hücuma məruz qalaraq dağıdılıb – FOTO
Əhməd Şah Məsudun Pəncşirdə yerləşən məzar daşı növbəti dəfə dağıdılıb.
Qeyd olunur ki, ərazinin “Taliban” silahlıları tərəfindən mühafizə edilməsinə baxmayaraq, qəbir naməlum şəxslərin hücumuna məruz qalıb.
Xatırladaq ki, məşhur Əfqanıstan siyasətçisi və hərbi komandiri Əhməd Şah Məsudun Pənçşirdə yerləşən məzar daşı bir neçə ay əvvəl də hücuma məruz qalmış, qəbir daşı və onun üzərində olan şüşə sındırılmışdı.
Sözügedən vandallıq aktından sonra Əfqanıstan cəmiyyəti, həmçinin dünya ictimaiyyəti Şah Məsudun qəbrinin dağıdılmasını hiddətlə qarşılamışdı.
Mənbə: Aamaj News